Həsrət Cəfərov yarımfinalda azərbaycanlı idmançı ilə qarşılaşacaq
07.08.2024 - 15:57
Həsrət Cəfərov yarımfinalda azərbaycanlı idmançı ilə qarşılaşacaq

Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub. 

Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək. 

H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq. 

***

15:07

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb. 

O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb. 

İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib. 

***

13:41

Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub. 

O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib. 

1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0. 

Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0