PFL 130 nümunə arasından yeni loqosunu seçdi
22.11.2022 - 15:15
PFL 130 nümunə arasından yeni loqosunu seçdi

Peşəkar Futbol Liqasının (PFL) yeni loqosu müəyyənləşib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir.

Loqoda futbolu ifadə edən top təsvir olunub. Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir. Loqodakı kürə qlobal dünya futbolunun simvoludur.

Həmçinin alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.
 

writer photo
Əlirza Əlirzalı
0