Yusuf Laval: "Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik"
10.08.2022 - 21:02
Yusuf Laval: "Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik"

“Bizi güclü rəqiblə çətin oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Yusuf Laval Konfrans Liqasının III təsnifat mərhələsində Avstriya klubu “Rapid”lə sabah keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

Nigeriyalı yarımmüdafiəçi  Bakıdakı 2:1 hesablı qələbə qazanan komandasının bu üstünlüyü səfərdə də qorumağa çalışacağını söyləyib: “Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq”.

Qeyd edək ki, sabah Vyanada keçiriləcək "Rapid" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0