Bu gün DÇ-2022-də qrup mərhələsinin I turuna yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turun son oyununda yarışın daha bir favoriti mübarizəyə qoşulub.
Bütün mundialların iştirakçısı olan yeganə komanda Braziliya Serbiyanı sınağa çəkib. 20 ildir çempionluğa həsrət olan pentakampeonlar Serbiya ilə oyunda sensasiyaya icazə verməyib.
Dörd il əvvəl Rusiyadakı turnirdə olduğu kimi "sambaçılar" yenə rəqibini 2 cavabsız qolla məğlub edib. Braziliyanın heyətində Rişarlison dublla yadda qalıb.
Qeyd edək ki, qrupun digər matçında İsveçrə ilə Kamerun qarşılaşıb. Avropa təmsilçisi bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.
DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
G qrupu
23:00. Braziliya – Serbiya 2:0
Qol: Rişarlison, 62, 73