“Milan”ın hücumçusuna 120 milyonluq təklif
07.11.2022 - 00:01
“Milan”ın hücumçusuna 120 milyonluq təklif

“Milan”ın hücumçusu Rafael Leao qış transfer pəncərəsində “Mançester Siti”yə keçə bilər.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Portuqaliya millisinin üzvünün keçidində israrını davam etdirir.

Premyer Liqa təmsilçisi 23 yaşlı forvard üçün 120 milyon avro təklif göndərməyə hazırlaşır. Klublar arasında razılıq əldə olunsa, Leaonun “Mançester Siti”də illik maaşı 10 milyon avro olacaq.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”da çıxış edir. O, A seriyası klubunda 133 oyuna çıxıb, 33 qol, 30 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0