"Azərreyl" yeni mövsümün hazırlığına başladı
22.09.2023 - 20:24
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsümün hazırlığına start verib.
Apasport.az saytı xəbər verir ki, komanda Voleybol Mərkəzində təlim-məşq toplanışı keçir.
“Azərreyl”in hazırlıqlarına türkiyəli baş məşqçi Cengiz Akarçeşme rəhbərlik edir. Təlim-məşq toplanışında 12 voleybolçu iştirak edir. Komanda, əsasən, fiziki məşqlərə üstünlük verir.
Qeyd edək ki, "Azərreyl" Azərbaycan Yüksək Liqası ilə yanaşı, ölkəmizi Çelenc kubokunda da təmsil edəcək.
0
0