Bütün dövrlərin ən yaxşı 10 HAKİMİ
09.10.2022 - 12:05
Bütün dövrlərin ən yaxşı 10 HAKİMİ

Bütün dövrlərin ən yaxşı futbol hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Sportskeeda” portalı referiləri reytinqə görə sıralayıb.

Siyahıya italiyalı Pyerluici Kollina başçılıq edir. İlk “üçlüy”ə həmçinin Hovard Uebb və Byorn Kuypers də düşüb. Türkiyəli Cüneyt Çakır isə futbol tarixinin ən yaxşı 4-cü hakimi seçilib.

Ən yaxşı 10 hakim:
1. Pyerluici Kollina (İtaliya)
2. Hovard Uebb (İngiltərə)
3. Byorn Kuypers (Niderland)
4. Cüneyt Çakır (Türkiyə)
5. Markus Merk (Almaniya)
6. Oskar Ruiz (Kolumbiya)
7. Frank de Bliker (Belçika)
8. Kim Milton Nilsen (Danimarka)
9. Pedro Proenka (Portuqaliya)
10. Peter Mikkelsen (Danimarka)

writer photo
Əlirza Əlirzalı
0