Osimhen: "Azarkeşlər üçün əlimdən gələni edəcəm"
03.09.2024 - 09:52
Osimhen: "Azarkeşlər üçün əlimdən gələni edəcəm"

İstanbul nəhənglərindən "Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhen gecə saatlarında İstanbula gəlib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Atatürk Hava Limanına gələn 25 yaşlı futbolçu "sarı-qırmızılı" azarkeşlər tərəfindən marş və şüarlarla qarşılanıb.

Nigeriyalı futbolçu ilk təəssüratlarını azarkeşlərlə bölüşüb: "Bura gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Atmosfer əladır. Dünyanın ən yaxşı azarkeşləri buradadır. Burada olmaq çox xoşdur. Çox həyəcanlıyam. Azarkeşləri stadionda görmək üçün səbirsizlənirəm. Onlar üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Osimhen ötən mövsüm İtaliyanın "Napoli" komandası ilə 32 matçda 17 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0