"Qarabağ"ın hücumçusu Olaviyo Juninyo Premyer Liqanın 28-ci turunun "Kəpəz"la matçından sonra "miks zona"da jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, o, komandasının 6:1 hesablı qələbəsini və ilk çempionluğunu şərh edib:
- "Qarabağ"da ilk çempionluğunu qazandın. Təəssüratların necədir?
- Əslində, "Qarabağ"da ilk titulumla yanaşı, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir.
- Belə erkən çempionluq gözləyirdin?
- Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.
- Fransa klublarından təkliflər almağın nə dərəcədə realdır?
- Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm.
- Rüfət Quliyev: “Avrokuboklarda yarımfinala qədər gedərlər” - MÜSAHİBƏ
- Millətlər Liqası: Yığmamız son matçında qələbə qazandı – qrupda ikinci yer
- Xavi Kristensenin durumuna aydınlıq gətirdi
- “Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB
- Fransa İngiltərəni məğlub edib, yarımfinala çıxdı - YENİLƏNİB