Boks yığmamız Avropa kubokuna yollandı
06.10.2023 - 16:53
Boks yığmamız Avropa kubokuna yollandı

Oktyabrın 8-də Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku start götürəcək. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək. Yarışda baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) qüvvəsini sınayacaq. Bu gün səfərə yollanan komandamız oktyabrın 16-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Avropa kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də olacaq.

writer photo
Əlirza Əlirzalı
0