Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi - FOTOLENT
27.06.2023 - 20:47
Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi - FOTOLENT

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. 

Apasport.az saytının məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.

Döyüş Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Boksçumuz erməni rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. 

Bununla da, Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-də çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib. 

Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.  
 

writer photo
Əlirza Əlirzalı
0