Fiqu və Ronaldonun rekordu təkrarlandı
16.08.2022 - 23:19
Fiqu və Ronaldonun rekordu təkrarlandı

“Atletiko”nun futbolçusu Joao Feliş La Liqanın ilk turunda üç assistə imza atıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz “Xetafe” ilə qarşılaşmada fərqlənib.

Joao La Liqada bir matçda üç assistə imza atan üçüncü portuqaliyalı kimi tarixə düşüb.

Bu rekorda 2002-ci ildə Luiş Fiqu, 2011-ci ildə Kriştiano Ronaldo nail olub. Hər iki oyunçu “Real”da fərqlənib. Luiş “Las-Palmas”, Kriştiano “Almeriya” ilə görüşdə üç assistə sevinib.

Qeyd edək ki, bu görüşdə Madrid təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0