Paris-2024: Bu gün iki təmsilçimiz mübarizəyə başlayacaq
02.09.2024 - 09:27
![Paris-2024: Bu gün iki təmsilçimiz mübarizəyə başlayacaq](https://apasport.az/storage/news/2024/september/02/big/66d54c794ff8066d54c794ff81172525477766d54c794ff7e66d54c794ff7f.jpg)
Bu gün 2 təmsilçimiz Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.
Bu yarış Bakı vaxtı ilə saat 12:00-da keçiriləcək.
Daha sonra paraüzgüçümüz Raman Saley 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
0
0