Borqes və Qarayev azarkeşləri gözləyir - imzalı forma verməyə
17.12.2022 - 14:44
Borqes və Qarayev azarkeşləri gözləyir - imzalı forma verməyə

Bu gün saat 17:00-dan 20:30-dək "Qarabağ"ın futbolçusu Qara Qarayev və Kadi Borges klubun Park Bulvar AVM-dakı fan şopunda qonaq olacaqlar. 

Apasport.az saytının məlumatına görə, azarkeşlər Ağdam təmsilçisinin aparıcı futbolçularından imzalı formaları ala biləcəklər. 

Bu gün bütün məhsullara 40 faiz endirim tətbiq olunacaq.

Kadi və Qara Qarayevin iştirak etdiyi saatlarda isə əlavə olaraq 22 faiz endirimdən yararlanmaq imkanınız olacaq.

Azı 50 azn dəyərində mal almış hər bir şəxsə “Qarabağ”ın qızıl dubl etdiyi mövsüm üçün xüsusi hazırlanmış maykalar hədiyyə ediləcək.

100 AZN dəyərinə mal almış şəxslərə isə “Park Bulvar AVM”də yerləşən “Sport Cafe”dən boulinq oyununa 2 nəfərlik hədiyyə kuponu veriləcək.

Məbləğdən asılı olmayaraq, alış veriş hər kəsin 16 yaşa qədər olan övladlarına isə Tusi-Bohm Planetariumna bilet hədiyyə ediləcək.

writer photo
Əlirza Əlirzalı
0