"Neftçi"nin zədəlilərinin son durumu açıqlandı
08.02.2024 - 15:42
“Neftçi”nin Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində “Sumqayıt”la keçiriləcək oyundan əvvəl komandanın son durumu məlum olub.
"Ağ-qaralar"ın mətbuat xidmətindən apasport.az-a daxil olan məlumata görə, bir müddətdir zədəli olan Kilan Lebon artıq tam olaraq komanda ilə məşqlərə qoşulub.
Qapıçı İvan Brkiç hələ də müalicə prosesini davam etdirir. Oyunçunun nə vaxt məşqləri bərpa edəcəyi 1 həftə sonra baş tutacaq müayinədən sonra müəyyənləşəcək.
Emil Balayev və Asiya kubokunda zədələnən Ataa Caberin müalicə və reabilitasiyası davam edir.
0
0