"Braqa"nın çalışdırıcısı: “Qarabağ”la oyunumuz çox çətin olacaq”
12.02.2024 - 12:00
"Braqa"nın çalışdırıcısı: “Qarabağ”la oyunumuz çox çətin olacaq”

“Qarabağ”la oyunumuz çox çətin olacaq”.

Apasport.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi “Braqa” klubunun baş məşqçisi Artur Jorje deyib.

"Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la matça köklənmək lazımdır”.

Qeyd edək ki, fevralın 15-də “Qarabağ” səfərdə “Braqa”nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0