“Burada olduğumuz üçün çox şadam. Sabahkı oyuna yaxşı hazırlaşmışıq”.
Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun qapıçısı Vana Alveş Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.
Braziliyalı qolkiper mətbuat konfransında iddialı açıqlama verib: “Sabah” mövsümdə ilk oyunumuza çıxacağıq. Yaxşı çıxış edəcəyimizə inanıram. Çünki çətin hazırlıq keçmişik. “Neftçi”yə qarşı hər iki görüşdə bütün gücümüzü ortaya qoyacağıq. Qapının toxunulmazlığını qoruduğunuz təqdirdə, daha çox qələbə şansınız olur. Mən də komandama kömək etməyə çalışacağam. Bu, “Aris” tarixinin ən önəmli oyunudur. Komandamıza güvənirik və sabahı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, sabah “AEK Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.