Bu gün Parisdə üç idmançımız çıxış edəcək
04.08.2024 - 12:20
Bu gün Parisdə üç idmançımız çıxış edəcək

Bu gün Fransanın paytaxtındanda keçirilən Olimpiya Oyunlarında üç idmançımız çıxış edəcək.

Apasport.az xəbər verir ki, ilk olaraq atıcı Ruslan Lunyov məharətini göstərməyə çalışacaq.

O, 25 metrdən atəşaçmada yarışacaq. 

Daha sonra çəkic atma növünün təsnifat mərhələsində Anna Skidan mübarizəyə start verəcək.

Azərbaycan günü Alfonso Dominqesin çıxışı ilə yekunlaşdıracaq. 92 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz yarımfinalda ispan Emmanuel Reyes Pla ilə qarşılaşacaq.

Qeyd edək ki, Alfonso Dominqes ölkəmizin üçüncü Olimpiada medalını təmin edib. 

writer photo
Əlirza Əlirzalı
0