Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib
04.01.2025 - 14:29
Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib

Bundesliqa çempionu "Bayer" 2025-ci ildə ilk transferini həyata keçirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Leverkuzen təmsilçisi Alexo Sarkonu heyətinə qatıb. Argentinalı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

18 yaşlı mərkəz hücumçusu Argentina U-17 millisində 20 oyuna çıxıb, 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0