"Asan oyun olmayacağını bilirdik. Elə gözlədiyimiz kimi də oldu".
Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.
Bakıda İordaniya komandasını məğlub edən 2:1 hesabı ilə milimizin çalışdırıcısı rəqibin aqressiv oynadığını vurğulayıb. İtaliyalı mütəxəssis meydançanın ot örtüyünün vəziyyətindən şikayətlənib: “Rəqib fiziki cəhətdən güclü və aqressiv idi. Belçika ilə oyunda çox enerji sərf etdik. Bu baxımdan tam hazır deyildik. Gözəl oyun alınmasa da, istədiyimizə nail olduq. Meydançada yaxşı deyildi”.
- Növbəti oyunlarda da Emin Mahmudovu konfransa gətirəcəksiz oyundan əvvəl. Beş oyunlqu qələbə seriyasında da bunu edirdiz...
- Mütləq. Bizim Eminlə fartımızı tutmuşuq (gülür). Emin çıxanda gördüz ki, yorğun idi. Əsas qaleodurumuzdur, peşəkardır. O, böyük keyfiyyətlərə malik futbolçudur. Meydana çox gənc komanda buraxmışdıq. Müdafiəçilərimiz gənc idilər. Heyətdə olanların hamısı gənclərdir. Məncə, yaxşı test oldu. Gələcəkdə bundan düzgün yararlanmalıyıq.
- Bu gün çox emosional idiniz. Hətta Belçika ilə oyundan da çox görünürdü. Bu nə ilə əlaqədar idi?
- Çünki bir az səsim batıb, qışqıra bilmirdim. Jestlərlə hərəkətlər etməyə çalışırdım. Daha yaxşı oynaya bilərik. Uşaqların bəziləri də deyirdi ki, meydança pis idi. Hücum fazasında daha yaxşı oynaya bilərdik, daha artıq qol vura bilərdik. İki oyunda yaxşı səviyyə göstərdi.
- Qrupda dörd oyunumuz qalıb. Artıq azarkeşlər və futbol ictimaiyyəti yaxşı oyun yox, yaxşı nəticə gözləyir. Siz özünüz nə gözləyirsiz?
- Ümid edirəm ki, yaxşı nəticələr qazanarıq. İnanıram ki, siz və azarkeşlər də inanırsız. 101 faiz qoyacağıq ki, yaxşı nəticə qazanaq. Estoniya və Avstriyaya qarşı ağır oyun olacaq. Belçikaya qarşı oyunu göstərə bilsək, Avstriya və İsveçi Bakıda çətinliyə sala bilərik.
- Premyer Liqada rəqabət artıb. Ümumiyyətlə, bu, futbolçu seçimində işinizə necə təsir edir?
- Çempionat inkişaf edirsə, bizim üçün yaxşıdır. Xaricilər gəlir, nə qədər onlar çox gəlir, bizimkilərin oynamaq şansı azalır. Ən yaxşılarını seçməliyik. Beynimdə tutduğum qrupu, komandanı çox dəyişmək istəmirəm. Balanslı komanda tutmaq istəyiriksə, eyni qrup futbolçularla davam etməliyik.