“Real”a lazım olmayana İtaliyadan təklif
31.10.2022 - 22:33
“Real”a lazım olmayana İtaliyadan təklif

“Real”ın futbolçusu Alvaro Odriosola karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi “Milan”la “Yuventus”dan ilkin təklif alıb.

Vaxtilə “Fiorentina”nın şərəfini qoruyan Alvaro da Apenninə qayıtmağın əleyhinə deyil. Karlo Ançelottinin planlarına daxil olmayan 26 yaşlı futbolçu Madrid təmsilçisinin satmaq istədiyi oyunçulardandır.

Qeyd edək ki, 2018-ci ildə “Real”a keçən müdafiəçi 43 oyunda 3 qol və 10 assistə imza atıb. O, cari mövsümdə hələ meydana çıxmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0