Cari mövsümün bombardirləri mükafatlandırılıb
29.05.2024 - 14:38
Futbol üzrə Azərbaycan çempionatının I Liqası və Əvəzedicilər liqasının bombardirləri mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub. MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla I Liqada, “Qəbələ-2” komandasının üzvü Sənan Ağalarov 30 qolla Əvəzedicilər liqasında mövsümünün ən sərrast futbolçusu olub.
Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.
0
0