UEFA-nın prezidenti Aleksander Çeferin növbəti seçkilərdə də namizədliyini irəli sürəcək.
Apasport.az saytının məlumatına görə, 54 yaşlı sloveniyalı bunu Frankfurtda quruma üzv assosiasiyaların nümayəndələri ilə görüşdə təsdiqləyib.
O, 2023-cü ildə Portuqaliyada baş tutacaq konqres çərçivəsindəki seçkilərdə iştirak edəcək. UEFA-nın açıqlamasında bildirilir ki, Çeferin ona səsvermədə dəstəklə bağlı məktub göndərən UEFA üzvü olan 55 milli assosiasiyaya, o cümlədən AFFA-ya təşəkkür edib: “UEFA prezidenti Aleksander Çeferin imkandan istifadə edərək növbəti seçkilərdə ona dəstəklə bağlı məktub göndərən 55 assosiasiyanın hamsına şəxsən təşəkkür edib”.
Qeyd edək ki, qurumun tarixində 7-ci prezident olan sloveniyalı 2016-cl ildən bu vəzifədədir.