Şahruddinin komandasında yeni baş məşqçi - Rəsmi
19.01.2024 - 11:41
Şahruddinin komandasında yeni baş məşqçi - Rəsmi

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Super Liqa komandası "Adana Demirspor"a yeni baş məşqçi təyin edilib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında paylaşım edilib. 

Bildirilib ki, Adana təmsilçisi təcrübəli məşqçi Hikmət Karamanla anlaşıb. 

"Adana Demirspor" 63 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Karaman karyerasında “Kocaelispor”, “Zeytinburnuspor”, “Ərzurumspor”, “Adanaspor”, “Rizəspor”, “Ankaragücü”, “Malatyaspor”, “Ankaraspor”, “Antalyaspor”, “Manisaspor”, “Qaziantepspor”, “Bursaspor”, “Kayseri Erciyesspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Kayserispor”u çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0