Cəlal Hüseynov milliyə dəvət alıb
12.03.2024 - 13:15
Cəlal Hüseynov milliyə dəvət alıb

Bolqarıstanın "Arda" komandasında çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi U-21-in Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukrayna ilə matçlar üçün çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə, bundan 4 gün sonra Ukraynanı qəbul edəcək. Hər iki qarşılaşma "Azərsun Arena"da gerçəkləşəcək.

writer photo
Əlirza Əlirzalı
0