Cəlal oynadı, komandası qələbə qazandı
10.08.2024 - 09:57
Cəlal oynadı, komandası qələbə qazandı

Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” bu turda evdə “Hebar”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Arda” hazırda 6 xalla 6-cı pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0