“Qarabağ” – “Qalatasaray”: 2 saata 25 min bilet satıldı
16.03.2023 - 13:31
“Qarabağ” – “Qalatasaray”: 2 saata 25 min bilet satıldı

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.

Klubdan apasport.az saytına verilən məlumata görə, xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb. 

2 saat ərzində 25 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın fan-şopunda, həmçinin “iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.

Qeyd edək ki, martın 26-da keçiriləcək qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0