1,1 milyon funt UDUZDU
21.01.2023 - 16:27
1,1 milyon funt UDUZDU

Bukmeker kontorlarında ağlasığmaz mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər Amerika futboluna 1,1 milyon funt sterlinq mərc edib.

O, canlı qoyuluşa üstünlük verib. Better “Los Angeles Chargers”in 27:0 hesabı ilə öndə olduğu vaxt komandanın qalib gələcəyini təxmin edib. O, vur-tut 9 min 139 funt sterlinq qazanmaq üçün bu qədər böyük riskə gedib. Amma oyunda dönüş yaradan “Jacksonville Jaguars” tarixin ən böyük kambeklərindən birinə imza ataraq qalib gəlib.

Qeyd edək ki, Los-Anceles təmsilçisi yekunda 30:31 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0