“Qarabağ” “Şanxay Port”un yarımmüdafiəçisi Oskar ilə maraqlanır.
Apasport.az xəbər verir ki, 31 yaşlı braziliyalı karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə Çin mətbuatı məlumat yayıb. Xəbərdə ağdamlıların Oskarı mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir.
“Çelsi”dən tanıdığımız braziliyalı yarımmüdafiəçinin “Şanxay Port”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunur. Oskarın klubla müqaviləsi 2024-cü ilin noyabrına qədərdir. O bu mövsüm cəmi bir dəfə kubok oyununda meydana çıxıb və 1 qol vurub (futbolinfo.az).
Qeyd edək ki, Oskar Braziliya millisində 48 oyun keçirib və 12 dəfə fərqlənib.