Çempion Avstriyadan Marbelyaya gedəcək
02.07.2023 - 21:37
Çempion Avstriyadan Marbelyaya gedəcək

“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vurub, İspaniyaya yola düşəcək.

Apasport.az saytı xəbər verir ki, çempion “Linkonl”a görüşə Marbelya bögəsində hazırlaşacaq.

Ağdam klubu İspaniyada 4 gün hazırlıq keçəcək. “Qarabağ” iyulun 9-da Cəbəllütariqə yollanacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu iyulun 11-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0