"Qalatasaray" "Yanq Boyz"un acığını "Adana"dan çıxdı
01.09.2024 - 02:02
"Qalatasaray" "Yanq Boyz"un acığını "Adana"dan çıxdı

Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun matçları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.

Çempionlar Liqasının pley-offunda İsveçrə təmsilçisi "Yanq Boyz"a uduzaraq mübarizəni dayandıran “Qalatasaray” səfərdə "Adana Demirspor"u 5:1 hesabı ilə darmadağın edib. 

“Rizəspor” evdə “Kasımpaşa”ya uduzub “ “Göztəpə” “Bodrumspor”u xalsız yola salıb. "Konyaspor" – "Kayserispor" matçında isə qol olmayıb.

31 avqust

"Konyaspor" – "Kayserispor" - 0:0

"Rizəspor" – "Kasımpaşa" - 0:1
Qol: Ben Uanes, 6

"Adana Dəmirspor" – "Qalatasaray" - 1:5
Qollar
: Qravilyon, 79-pen – K.Aktürkoğlu, 9. S.Güler, 18-öz qapısına. B.A.Yılmaz, 31. Mertens, 37. A.Bardakcı, 60

"Göztəpə" – "Bodrumspor" - 2:0
Qollar: Romulo, 16. Djalma, 41

writer photo
Əlirza Əlirzalı
0