“Barselona”da daha bir itki
23.11.2023 - 09:04
“Barselona”da daha bir itki

“Barselona” daha bir futbolçusunu itirmək təhlükəsi ilə üzləşib.

Apasport.az xəbər verir ki, Mark-Andre Ter-Şteqen komandanın son məşqini buraxıb.

Almaniyalı qapıçı çiynindəki ağrılardan əziyyət çəkir. Onun La Liqanın “Rayo Valyekano” ilə matçındakı iştirakı sual altındadır. Bununla bağlı qərarı həkimlər verəcək.

Qeyd edək ki, “Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya millisinin düşərgəsində zədələndiyi üçün mövsümü başa vurub.

writer photo
Əlirza Əlirzalı
0