Konteyə rekord təklif - ən yüksək ödənişli məşqçi olacaq
11.10.2022 - 10:35
Konteyə rekord təklif - ən yüksək ödənişli məşqçi olacaq

“Tottenhem” baş məşqçisi Antonio Konte ilə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, London klubu italiyalıya yeni anlaşma təklif edəcək.

Əgər Konte bu müqaviləni imzalasa, onun illik qazancı 23 milyon avroya çatacaq. O, İngiltərə Premyer Liqasının ən yüksək ödənişli məşqçisi olacaq. Kontenin indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Tottenhem” 20 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü pillədədir.
 

writer photo
Əlirza Əlirzalı
0