"Qarabağ"ın prezidenti: “Qarabağ” ailəsi olaraq çox kədərliyik”
09.05.2023 - 19:26
"Qarabağ"ın prezidenti: “Qarabağ” ailəsi olaraq çox kədərliyik”

"Gənc futbolçumuz Şirxan Həsənzadənin ölüm xəbəri məni çox məyus etdi”. 

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə deyib. 

O, əvəzedici komandanın üzvü Şirxan Həsənzadənin vəfatı ilə bağlı futbolçunun yaxınlarına və idman ictimaiyyətinə başsağlığı verib: “Hadisə baş verən gündən Şirxan Həsənzadəni diqqətdə saxlayırdıq. Mən də Şirxanın durumu ilə mütəmadi maraqlanırdım. Təəssüf ki, ötən gün acı xəbər aldıq. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, gənc yaşda aramızdan ayrılır. “Qarabağ” ailəsi olaraq çox kədərliyik. Şirxanın ailəsinə, qohumlarına, yaxınlarına, azarkeşlərimizə və bütün futbol ictimaiyyətinə başsağlığı verirəm. Allah ona rəhmət eləsin, yeri cənnət olsun".

Qeyd edək ki, ötən ay məşqdə isinmə hərəkətləri zamanı huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə dünən dünyasını dəyişib.

writer photo
Əlirza Əlirzalı
0