Çerçesov: “Qarabağ” bizə nəyisə göstərdi"
22.09.2022 - 13:14
Çerçesov: “Qarabağ” bizə nəyisə göstərdi"

“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər”. 

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov deyib.

Rusiyalı mütəxəssis vətənində verdiyi müsahibədə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı adlaya bilməmələrinin (1:1, 1:3) səbəbini açıqlayıb: “Qarabağ”la evdəki oyunda da belə alındı. Oyunun əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Yaxşı Azərbaycan komandası ilə səfərdə keyfiyyətli futbol oynayıb 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladı və vəziyyəti dəyişməyi bacarmadıq”. 

Çerçesov pley-offda “Qarabağ”ın “Viktoriya”dan da güclü olduğunu de qeyd edib: “Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Viktoriya”dan da yaxşı idi. “Qarabağ”ın qapıçısı bizimlə görüşdə yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma Çempionlar Liqasına düşmədi. Çünki öz ölkəsinin çempionlarına qarşı 8 oyun keçirirsən. “Qarabağ” ənənələrə malik və səviyyəli komandadır”.

Rusiyalı mütəxəssis bu uğursuzluğa görə ciddi tənqidə məruz qalmadığını bildirib: “Klub prezidenti ilə bu mövzuda ümumiyyətlə danışmamışıq. Mətbuatdan hücumlar da olmadı. Amma gözəl başa düşürdüm ki, suallar var və ilk növbədə özümüzün özümüzə ünvanlanmalıdır. Səfərdəki ilk oyunda necə lazım idisə, elə də oynadıq. İkinci matç isə necə alındısa, elə də keçdi. Axmaq səhvlə başladıq və oyunun gedişini dəyişə bilmədik. Bunu ilk növbədə özümüzdən soruşuruq”.

Macarıstan çempionatında oyunları təxirə salınmadıqda mərhələlər adlayan “Ferensvaroş” “Qarabağ”la cavab görüşü ərəfəsində turun qarşılaşmasını başqa vaxta keçirsə də, Çempionlar Liqası ilə vidalaşıb. Çerçesov üç gündən bir oynamağın daha yaxşı olması fikri ilə razı deyil: “Belə imkan olanda xahiş edirik. Reqlamentdə bənd var və bundan yararlandıq. Təxirəsalmalar lazımdır. Çünki bəzən nəfəs dərməyə vaxt lazım gəlir. 20-dən artıq futbolçumuz var. Hər birinə fərdi yanaşma lazımdır. “Qarabağ”a təxirəsalmaya görə uduzmamışıq. “Qarabağ” bizə nəyisə göstərdi. Bizim məşqçilər korpusu klub səviyyəsində 6 il işləməyib. Bizim üçün müəyyən təcrübə oldu. Macarıstanda çempionat başlamamış biz 7 təsnifat matçı keçirmişdik”.

Qeyd edək ki, Çempionlar Liqası ilə vidalaşan “Ferensvaroş” Avropa Liqasının qrupunda mübarizə aparır.

writer photo
Əlirza Əlirzalı
0