Ceyhun Sultanov: "Musanın hansı liqada oynamaq şansı var idisə, ora da getdi" - MÜSAHİBƏ
07.07.2023 - 13:38
Ceyhun Sultanov: "Musanın hansı liqada oynamaq şansı var idisə, ora da getdi" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq idman direktoru, futbol mütəxəssisi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi 

- Musa Qurbanlının "Yurqorden"ə keçidini necə qarşıladın? 
- Düzgün addım atdı. Çünki yaxşı mövsüm keçirmişdi. Əlində imkan var idisə, bu anı qaçırmamalıydı. İndiki dönəmdə getsə belə, məncə, düzgün addım atıb. "Qarabağ" da onu buraxmaqla düzgün qərar verib. 

- Səncə, Musa daha iddialı liqaya, daha iddialı kluba gedə bilərdi, yoxsa ən yaxşısı İsveçdən başlamaqdır? 
- İddialı liqaya getsə, oynamayacaq. Hazırkı dönəm hansı liqada oynamaq şansı var idisə, o yerə getdi. Ən pis variantı, alınmasa, yenidən "Qarabağ" a qayıda bilər. İddialı kluba getsəydi belə, ehtiyat skamyada oturmaq şansı çox idi. İndiki klubunda isə tam əksinə, oynamaq şansı çoxdur.

- İsveç liqası Musa üçün nə dərəcədə uyğundur? Gələcək karyerasında tramplin rolunu oynaya bilərmi? 
- İsveç liqası elə də pis çempionat deyil. Sadəcə ölkə xaricinə ilk çıxışıdır. Orada necə oynayacaq, baxacağıq. Özünü yaxşı göstərsə, əlbəttə ki, Avropadadır, oradan daha yuxarılara getmək şansı var. 

- "Qarabağ"ın gətirdiyi Juninyo haqda hansı fikirdəsən? Daim Portuqaliyadan gətirdikləri oyunçular özlərini yaxşı tərəfdən göstərir. Səncə, bu dəfə də elə olacaq? 
- Juninyonu tam olaraq incələmişəm. "Qarabağ" boş-boşuna futbolçu gətirmir. Keyfiyyəti olmasaydı, transfer etməzdilər. Zamana ehtiyac var. Necə futbolçu olduğunu zaman göstərəcək. Portuqaliya yüksək liqasında oynayıbsa, demək ki, keyfiyyəti var 

- Bu yay ölkə xaricinə gedənlər az olmadı - Musa, Ramil Şeydayevdən sonra Vüsal İsgəndərli də Albaniya "Eqnatiya"sına getdi. Onun transferi haqda hansı fikirdəsən? 
- Ramil Şeydayevi başa düşürük ki, Taylanda tramplin üçün yox, pul qazanmağa gedib. Musa Qurbanlı məncə, perspektivini daha da artırmaq üçün "Yurqorden"ə keçdi. Vüsala gəldikdə, məncə, Albaniya çempionatı bizim liqadan elə də güclü deyil ki, orada perspektivi olsun. Vüsal cavan deyil. Normal addım atıb. Amma hazırda Azərbaycan çempionatı Albaniya liqasından güclüdür. 

- Bu futbolçuların xaricə yollanmasından millinin daha çox xeyir görəcəyini demək olar?
- Demərəm ki, millimiz Şeydayevlə Vüsalın bu addımından xeyir görəcək. Çünki onlar elə də gənc deyillər. Səhv etmirəmsə, Vüsal onlardan daha yaşlıdır. Burada milli komandamız üçün qazanılacaq tək Musadır. Ramili də onsuz da tanıyırıq.

writer photo
Əlirza Əlirzalı
0