Cüdo üzrə Azərbaycan birinciliyi başlayır
16.01.2024 - 10:35
Cüdo üzrə Azərbaycan birinciliyi başlayır

Cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçuların fərdi və komandalar arasında Azərbaycan birinciliyi bu gün başlayır. 

Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki dərəcələrində, qızlar arasında isə 36 kq, 48 kq və 63 kq çəki dərəcələrində qaliblər bəlli olacaq.

Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

writer photo
Əlirza Əlirzalı
0