Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
02.02.2024 - 10:59
Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır

Bu gün Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turniri start götürür.

Cüdo Federasiyasından apasport.az-a verilən məlumata görə, Paris Böyük Dəbilqə turnirinin ilk günündə 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günündə kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov və Əhməd Yusifov tatamiyə çıxacaq.

Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, 3 gün davam edəcək yarışda ölkəmizi ümumilikdə 9 cüdoçu təmsil edəcək.

writer photo
Əlirza Əlirzalı
0