Son 60 ilin rekordu
28.11.2022 - 17:32
Son 60 ilin rekordu

DÇ-2022-nin Kamerun – Serbiya görüşündə son 60 ilin rekordu təkrarlanıb.

Apasport.az saytının məlumatına görə, G qrupunun II turu çərçivəsindəki matç 1962-ci ildən sonrakı dövr üçün mundialların ən məhsuldar heç-heçəsi qeydə alınıb.

Son 60 ildə 4-cü dəfə belə hesaba rast gəlinir. 1982-ci ildə AFR – Fransa, 2002-ci ildə Seneqal – Uruqvay, 2018-ci ildə Portuqaliya – İspaniya qarşılaşmaları da eyni hesabla nəticələnib.

Mundiallar tarixinin mütləq rekordu isə 4:4 hesabıdır. 1954-cü ildə İngiltərə - Belçika, 1962-ci ildə SSRİ – Kolumbiya matçında 8 qol vurulub.

Qeyd edək ki, Kamerunla Serbiya hərəyə 1 xalla G qrupunun autsayderləridir.
 

writer photo
Əlirza Əlirzalı
0