Cüdoçumuz erməni rəqibinə qalib gəldi
31.03.2024 - 15:30
Cüdoçumuz erməni rəqibinə qalib gəldi

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayacaq.

Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.

Böyük Dəbilqə
Kişilər
90 kq
Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.

O, 1/4 finalda İvan Felipe Silva Moraleslə (Kuba) üz-üzə gələcək.

+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorovla (Özbəkistan) güləşəcək.

Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) məğlub edib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0