“Borussiya” Bellinqemin qiymətini açıqladı
01.11.2022 - 15:28
“Borussiya” Bellinqemin qiymətini açıqladı

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Real” ulduz futbolçunun transferində israrını davam etdirir.

Madrid təmsilçisi mövsümün sonunda İngiltərə millisinin üzvünü heyətinə qatmağı planlaşdırır. İngiltərədən də təkliflərin olduğunu nəzərə alan “Borussiya” rəhbərliyi oyunçusunu saxlaya bilməyəcəyini başa düşür. Bu üzdən almanlar 19 yaşlı hücumameyilli futbolçuya 150 milyon avroluq qiymət qoyulub.

Qeyd edək ki, Cud Bellinqem bu mövsüm 19 oyunda 9 qol vurub, 2 assist edib.

writer photo
Əlirza Əlirzalı
0