Gənclər və İdman Nazirliyi müsabiqə keçirir
02.06.2024 - 12:23
Gənclər və İdman Nazirliyi müsabiqə keçirir

Gənclər və İdman Nazirliyi videoçarx və qısametrajlı film müsabiqəsi elan edib.

Apasport.az xəbər verir ki, qurumun yaradılmasının 30 illiyinə həsr olunmuş müsabiqədə fərdi şəxslər Azərbaycan gəncliyi və idmanına dair mövzu seçimində azaddır.

Təqdim edilən iş həm gənclər, həm də idman mövzusunu əhatə etməlidir. Filmin minimum müddəti 10 dəqiqə, videoçarx isə maksimum 2 dəqiqə olmalıdır.

Hazırlanan işlər 1 iyul saat 20:00-dək HD formatında (wetransfer linki ilə) [email protected].az e-mail ünvanına göndərilməlidir. E-mail göndərilən zaman müəlliflərin ad, soyad və ata adı, mobil telefon nömrələrini qeyd etmələri tövsiyə olunur.

Yekunda münsiflər heyətinin qərarına əsasən seçiləcək film və videoçarxların müəllifləri mükafatlandırılacaq. Videoçarx kateqoriyası üzrə I yerin sahibi 7 günlük, II yerin sahibi 5 günlük, III yerin sahibi isə 3 günlük Şəki Olimpiya İdman Kompleksində ailəvi (4 nəfərlik) istirahət hüququ qazanacaq.

Qısametrajlı film kateqoriyası üzrə I yerin sahibi 10 günlük, II yerin sahibi 7 günlük, III yerin sahibi isə 5 günlük Quba Olimpiya İdman Kompleksində ailəvi (4 nəfərlik) istirahət qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0