“Real” müdafiəçisini icarəyə verdi
15.07.2023 - 15:21
“Real” müdafiəçisini icarəyə verdi

“Real”ın futbolçusu Xesus Valyexonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Qranada”ya icarəyə verilib.

26 yaşlı ispaniyalı mövsümün sonunadək icarədə olacaq. O, 2020-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər də “Qranada”da çıxış edib.

Qeyd edək ki, ötən mövsüm cəmi 4 oyunda meydana çıxan Xesus 88 dəqiqə şans qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0