“Kabus”dan 36 milyonluq UDUŞ
29.12.2022 - 12:45
“Kabus”dan 36 milyonluq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, tanınmış nigeriyalı proqnozsevər Ekiti Pikinin ekspress kuponu uduşlu olub.

Vətənində bukmeker kontorlarının kabusu kimi tanınan better yeddi basketbol görüşünə mərc edib. O, bu qarşılaşmaların bütün hissələrində 53,5 Üst gələcəyini proqnozlaşdırıb.

Pikin ümumilikdə 376,783 əmsal toplayıb. O, 96 min Nigeriya nairasl (357,57 manat) ilə riskə gedib.

Bütün təxminləri doğrulan Ekiti 36 milyon 171 min 187,2 naira (133 min 218,57 manat) uduşa sahib çıxıb.

Qeyd edək ki, tvitterdə 557 min izləyicisi olan Pikin ödənişli kuponlar satmaqla tanınır. O, qalib olan basketbol kuponunun öncədən qapalı paylaşıb və kodunu öz müştərilərinə göndərib.


 

writer photo
Əlirza Əlirzalı
0