Asplikueta İspaniyaya döndü
06.07.2023 - 20:32
Asplikueta İspaniyaya döndü

Madrid “Atletiko” daha bir müdafiəçi ilə müqavilə imzalayıb.

Apasport.az saytı xəbər verir ki, komanda Sezar Asplikuetanı heyətinə cəlb edib.

İspaniyalı müdafiəçi 11 illik İngitərə karyerasından sonra İspaniyaya dönüb. 33 yaşlı futbolçu “Atletiko” ilə bir illik müqavilə imzalayıb. Madrid klubu bir gün əvvəl türkiyəli müdafiəçi Çağlar Söyüncünü heyətinə qatmışdı.

Qeyd edək ki, Asplikueta 11 il ərzində “Çelsi”nin heyətində 508 oyun keçirib və 17 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0