“Qalatasaray”dan Okan Buruk qərarı
14.09.2023 - 16:39
“Qalatasaray”dan Okan Buruk qərarı

“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni artıracaq.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu 50 yaşlı məşqçinin agenti ilə yaxın vaxtlarda danışıqlara başlayacaq. 

Klub rəsmiləri mütəxəssisin gələn ili yayında bitəcək müqaviləni ən azı daha 3 illik uzatmağı düşünür. Danışıqlarla bağlı açıqlama verən Buruk burada olduğu üçün xoşbəxt olduğunu və istənilən təklifi qəbul edəcəyini bildirib.

Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”la Türkiyə çempionu olan Okan Buruk 2022-ci ilin yayında komandanın sükanı arxasına keçib.

writer photo
Əlirza Əlirzalı
0