Krakov-2023: Yığmamız estafetdə 1-ci oldu
21.06.2023 - 14:55
Krakov-2023: Yığmamız estafetdə 1-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarında Azərbaycan yığması növbəti sınağına çıxıb.

Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan millimiz kişilərin 4x100 m estafet yarışında mübarizə aparıb.

Komandanın heyətində Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov və Kəsgin Abbaszadə yer alıb. Məsafəni 42,63 saniyəyə qət edən millimiz B qrupunda 1-ci olub. 

Yığmamız mövsümdə özünün ən yaxşı nəticəsini göstərib. Komandamız yekun sıralamada 7-ci yeri tutub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Dünən başlayan turnirdə yığmalar üç divizionda mübarizə aparır. 

writer photo
Əlirza Əlirzalı
0