"Kocaelispor" prezidentindən Şeydayev açıqlaması
11.01.2024 - 16:46
"Kocaelispor" prezidentindən Şeydayev açıqlaması

“Ramil Şeydayevlə razılaşdıq”.

Apasport.az xəbər verir ki, "Kocaelispor"un prezidenti Engin Koyun Azərbaycan millisinin üzvü Ramil Şeydayevin transferi ilə bağlı danışarkən deyib.

Engin Koyun tərəflər arasında 1,5 illik müqavilə imzalanacağını bildirib: "Şeydayev "Buriram Yunayted"lə müqaviləsini ləğv edəcək və o, sabah bizimlə olacaq. Ramillə müqaviləmiz bu gün olacaq". 

Qeyd edək ki, Ramil Şeydayev daha əvvəl Türkiyədə "Trabzonspor" forması geyinib. 27 yaşlı futbolçu bordo-mavililərlə 3 matçda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0