“Turan Tovuz”dan “Tottenhem”in yetirməsinə təklif
20.04.2023 - 13:23
“Turan Tovuz”dan “Tottenhem”in yetirməsinə təklif

“Turan Tovuz” futbolçusu Natan Oduva ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı böyük britaniyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək.

Klub rəhbərliyi 27 yaşlı legioneri heyətində saxlamaq istəyir. Tovuzlular Natanın mövsümün arxada qalan hissəsindəki çıxışından məmnun qalıb.

Lakin Natan daha iddialı klubların da maraq dairəsindədir. “Neftçi” və “Qəbələ” də vingeri heyətində görmək niyyətindədir.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi Premyer Liqanın 23 matçında 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0