Renatın qolu “Hatayspor”u xilas etmədi
27.10.2023 - 23:16
Renatın qolu “Hatayspor”u xilas etmədi

Azərbaycan yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında fərqlənib.

Apasport.az saytı xəbər verir ki, “Hatayspor”un forvardı “Kayserispor”la qarşılaşmada penaltini dəqiq yerinə yetirib.

Superliqanın 10-cu turunda Renatın komandası öz meydanında uduzub. Dadaşov “Hatayspor” 0:2 hesabı ilə məğlub olarkən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Hataylıların bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, “Hatayspor” çempionatında ardıcıl ikinci dəfə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0